ÜAK-ın apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

ÜAK-ın apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb

18:53 - 28 / 06 / 2017
ÜAK-ın apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətinə 2017-ci ilin sentyabrın 19-da baxacaq.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib. İyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından apelyasiya şikayəti verib.

Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

1news.az

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər