Müdafiə naziri NATO toplantısında iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri NATO toplantısında iştirak edəcək

11:43 - 28 / 06 / 2017
Müdafiə naziri NATO toplantısında iştirak edəcək

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Brüsselə (Belçika Krallığı) yola düşüb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib.

Nazir Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak edəcək.

1news.az

 

Paylaş:
980

Son xəbərlər

Bütün xəbərlər