Bağ evinə basqın: Gözətçini döyüb, evi yandırdılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağ evinə basqın: Gözətçini döyüb, evi yandırdılar

12:24 - 28 / 06 / 2017
Bağ evinə basqın: Gözətçini döyüb, evi yandırdılar

Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.  

İ. Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. 

Faktla əlaqədar cinayət işi başlanılıb.

1news.az

Paylaş:
953

Son xəbərlər

Bütün xəbərlər