Azərbaycan yerli velosipedlərin satışına başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan yerli velosipedlərin satışına başlayır

15:54 - 29 / 06 / 2017
Azərbaycan yerli velosipedlərin satışına başlayır

Azərbaycanın "ISMA Bikes" şirkəti iyul ayından etibarən öz istehsalı olan velosipedlərin satışına başlayacaq.

1news.az xəbər verir ki, bunu Trend-ə şirkətin baş direktoru Elçin Qəhrəmanov deyib.

Onun sözlərinə görə satışlar iyulun 6-da keçiriləcək təqdimat mərasimindən sonra başlayacaq.

“Synergy Group” şirkətlər qrupuna daxil olan “ISMA Bikes” Azərbaycanda ilk velosiped istehsalçısıdır. Zavod İsmayıllı rayonunun Diyallı kəndində yerləşir.

E.Qəhrəmanovun sözlərinə görə, istehsal olunan məhsulların geniş çeşidi olacaq: “Biz bazara 40-dək müxtəlif model velosiped, o cümlədən uşaq, şəhər və dağ velosipedləri çıxarmağı planlaşdırırıq. Biz bu il 5-10 min velosiped istehsal etməyi nəzərdə tutmuşuq. Gələn il isə 30 minədək velosiped istehsal oluna bilər”.

Velosipedlərin qiymətlərinə gəldikdə isə o qeyd edib ki, qiymət 70-2500 manat arası olacaq. O həmçinin əlavə edib ki, digər şirkətlərin də əməkdaşlıq marağına baxmayaraq velosipedlərin satışı bilavasitə “ISMA Bikes” mağazası tərəfindən metronun “20 yanvar” stansiyası yaxınlığında yerləşən velotrek ərazisində həyata keçiriləcək.

E.Qəhrəmanov bildirib ki, şirkət bazarın müxtəli subyektləri ilə əməkdaşlıq qurmağı planlaşdırır: “Bu mərhələdə biz öz velosipedlərimizi ancaq ölkə daxilində tədarük etməyi planlaşdırırıq. Biz öyrənmək istəyirik ki, müştərilərimizin münasibəti necə olacaq, hansı velosipedlərə daha çox tələbat olacaq. Daha sonra bu nəticələrə əsasən gələcək strategiyamızı müəyyənləşdirəcəyik”.

Babək Cahandarov

Paylaş:
692

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər