Əfqan Muxtarlının şikayəti təmin edilməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfqan Muxtarlının şikayəti təmin edilməyib

16:45 - 29 / 06 / 2017
Əfqan Muxtarlının şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, məhkəmə şikayəti təmin etməyib.

Bir müddət əvvəl Nəsimi rayon Məhkəməsində onun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Şikayət həmin qərardan verilib.

Ə.Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib

XİN: Əfqan Muxtarlı ilə bağlı məsələnin siyasiləşdirilməsi cəhdlərini düzgün deyil

Elman Nəsirov Əfqan Muxtarlının saxlanılması barədə fikirlərinin təhrif olunduğunu bildirib

Aydın Mirzəzadə: Müxalifət xarici ölkələri Azərbaycanın daxili işlərinə qarışmağa çağırmaqla məşğuldur

S.Xankişiyeva

Paylaş:
635

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər