Bakıda ilk dəfə olaraq Beynəlxalq Hədiyyələr Sərgisi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ilk dəfə olaraq Beynəlxalq Hədiyyələr Sərgisi keçiriləcək

20:13 - 29 / 06 / 2017
Bakıda ilk dəfə olaraq Beynəlxalq Hədiyyələr Sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq, 27-28 oktyabr tarixində “Boulevard Hotel Baku” otelində 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr “GIFT FAIR 2017” sərgisi keçiriləcək.

Təşkilat Komitəsindən 1news.az-a verilən məlumata görə, “GIFT FAIR” sərgisində istənilən növ və çeşiddə hədiyyələr təklif olunacaq. Belə ki, burada VIP səviyyəli hədiyyələrlə yanaşı, sevdiyiniz insanlar və dostlarınız üçün hədiyyələr, eləcə də təntənələri mərasimlərin təşkili və keçirilməsi üçün məhsul və xidmətlər, o cümlədən interyer dizaynı üçün nəzərdə tutulmuş əşyalar və digər məhsullar nümayiş etdiriləcək.

Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

İki gün ərzində sərgidə yüksək keyfiyyətli məhsulların geniş çeşidi və bu sənaye sahəsinin inkişaf təmayülləri ilə yaxından tanış olmaq üçün müstəsna imkan yaradılacaq. Sərginin iştirakçıları (müxtəlif dəvətnamələr, karnaval kostyumları, axşam ziyafəti üçün paltarlar və bayram tədbirləri üçün işıqlandırma sistemlərinin hazırlanmasını ehtiva edən) bayram tədbirlərinin təşkili, şirniyyat məmulatlarının hazırlanması, əl işləri, eləcə də toy və toyqabağı mərasimlər və bir sıra digər tədbirlərin təşkili ilə məşğul olan şirkətlərdən ibarətdir.

VIP ziyarətçilərlə mövcud əlaqələrin möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə elit xidmətlər və məhsullar təklif edən şirkətlər, butiklər və turizm agentlikləri GIFT FAIR 2017 sərgisi çərçivəsində “Premium sektor” bölümündə təmsil olunacaqlar.

Sərginin biznes proqramı çərçivəsində iştirakçılara işgüzar əlaqələr qurmaq, eləcə də vasitəçilərsiz birbaşa danışıqlar aparmaqla, öz şirkətlərini tanıtmaq üçün unikal imkan yaradan vorkşop keçiriləcək.

Beləliklə, “GIFT FAIR 2017” sərgisi məhsulların təqdimatı və həm yerli, həm də xarici bazarların təmayül və innovasiyaları ilə tanışlıq üçün unikal platformaya çevriləcək.

Babək Cahandarov

 

Paylaş:
902

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər