İmişlidə 3 otaqlı ev yanaraq kül oldu

İmişli rayonunda evlərdən birində güclü yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Muradalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Babək Cahandarov
1112