Aleksandr Proxanov: Əliyevlərlə görüşdə siyasətdən yox, fəlsəfədən, həyata baxışlardan danışdıq – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Aleksandr Proxanov: Əliyevlərlə görüşdə siyasətdən yox, fəlsəfədən, həyata baxışlardan danışdıq – FOTO – VİDEO

11:14 - 29 / 06 / 2017
Aleksandr Proxanov: Əliyevlərlə görüşdə siyasətdən yox, fəlsəfədən, həyata baxışlardan danışdıq – FOTO – VİDEO

Yaxın günlərdə sovet və Rusiya yazıçısı, “Zavtra” qəzetinin redaktoru, tanınmış ictimai xadim Aleksandr Proxanov Bakıda səfərdə olub. Səfər zamanı Proxanovu Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva qəbul ediblər.

Rusiya mediası da Proxanovun Bakıya səfərini maraqla qarşılayıb. “Komsomolskaya Pravda” qəzetinin əməkdaşı Aleksandr Qamov bildirir ki, o, bu gün iyunun 28-də Facebook-da təsadüfən Proxanovun Bakıda prezident Əliyevlə çəkilmiş fotosuna rast gəlib. Və dərhal sevimli yazıçısına zəng vurub. Məlum olub ki, Proxanov Bakıdan təzəcə qayıdıb:

1news.az həmin müsahibəni təqdim edir:

- Aleksandr Andreyeviç! Mən belə başa düşdüm ki, təzəcə Bakıdan qayıtmısınız...

-Hə, gecə gəlmişəm. Bakıya səfərim zamanı biz prezident Əliyevlə saat yarım söhbətləşdik. Mən onunla Azərbaycanın, Rusiyanın və bütün bəşəriyyətin aktual problemlərini müzakirə etdik.

-Bəs prezident İlham Əliyevin xanımı, vitse-prezident Mehriban Əliyeva ilə necə, təsadüfən onunla da söhbətləşmədiniz ki?

-Bəli, mən ertəsi gün vitse-prezident, xanım Əliyeva ilə görüşə dəvət olundum və bizim söhbətimiz 45 dəqiqə davam etdi. Lakin biz bu görüşdə siyasətdən yox, fəlsəfədən, həyata baxışlardan, bizim bugünkü əzabkeş dünyamızda yaranan ideyalardan danışdıq. Bu, siyasətçidən daha çox iki kulturoloqun söhbəti idi.

-Əliyevlər sizdə hansı təəssürat oyatdı?

-Çox yaxşı. Ağıllı, ziyalı adamlardır. Mənə onlarla söhbət etmək çox maraqlı idi. Görüşlərə görə onlara minnətdaram.

-Belə başa düşdüm ki, siz Azərbaycana prezidentin dəvəti ilə getmişdiniz, elədir?

-Hə. Bu dəvətlə bağlı səfər idi-Azərbaycan prezidenti məni bu şərəfə layiq görmüşdü. Və bu səfərin nəticəsində biz Bakıda İzbor klubunun filialının açılması barədə razılıq əldə etdik. Ona görə ki, Rusiyanın ziyalıları və intellektualları Azərbaycanın ziyalıları, intellektualları ilə sıx, tez-tez ünsiyyətdə olsunlar.

Bundan əlavə mən doğma İvanovka kəndinə baş çəkməyi çox arzu edirdim, orada malakanlar, XVIII əsrdə Rusiyadan getmiş ruslar yaşayır, mənim əcdadlarım da oradandır. Və mən fürsətdən istifadə edərək bu füsunkar malakan kəndinə baş çəkdim.

-Bəyəm sizin əcdadlarınız Azərbaycandadır?

-Mənim əcdadlarım gələcək Azərbaycanın ərazisində qalmış rus malakan kəndindəndir.

-Doğrudan?

-Hə, axı ruslar Qafqaza gediblər, bu da onların bir qoludur.

-Çox maraqlıdır. Yəni ki siz oradan əliboş dönməmisiniz...

-Əlbətdə əliboş gəlməmişəm, çünki malakanlar mənə şərab, meyvə hədiyyə elədilər, ən başlıcası boş qəlblə qayıtmamışam. Çünki mən orada ilahi malakan nəğmələrini dinlədim, əriştə yedim, hansı ki, nənəm uşaqlıqda mənə yedirtmişdi, və elə məqam oldu ki, hətta gözlərim doldu, çünki məndə ruhi həyacan baş qaldırmışdı...

S.Xankişiyeva

Paylaş:
761

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər