Hərbi Tibb fakültəsində növbəti buraxılış mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Tibb fakültəsində növbəti buraxılış mərasimi keçirilib – FOTO

15:49 - 30 / 06 / 2017
Hərbi Tibb fakültəsində növbəti buraxılış mərasimi keçirilib – FOTO

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov iştirak edib.

Fakültənin yeni və müasir tədris korpusunda keçirilən mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər məzunlara buraxılış münasibətilə uğurlar diləyərək hərbi həkimlərə Müdafiə nazirinin təbriklərini çatdırıb, ordu quruculuğu sahəsində ölkəmizin əldə etdiyi nailiyyətləri xüsusi qeyd ediblər.

Məzunlar hərbi tibbi təhsilin sirlərinə yiyələnmək üçün fakültədə yaradılmış şəraitə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra hərbi tibb mütəxəssislərinin hazırlanmasında xidmətlərinə görə fakültənin bir qrup hərbi qulluqçusu fəxri fərmanlarla mükafatlandırılıblar.

Hərbi həkim və hərbi feldşer ixtisası üzrə tam kursu bitirmiş məzunlara Müdafiə nazirinin əmri ilə tibb xidməti leytenantı və gizir hərbi rütbələri verilərək onlar müvafiq vəzifələrə təyin olunublar.

Mərasimin sonunda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Babək Cahandarov

Paylaş:
926

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər