“Sovetski”nin yeni yollarında 18 piyada keçidi və 8 dayanacaq qurulacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sovetski”nin yeni yollarında 18 piyada keçidi və 8 dayanacaq qurulacaq – FOTO

17:13 - 30 / 06 / 2017
“Sovetski”nin yeni yollarında 18 piyada keçidi və 8 dayanacaq qurulacaq – FOTO

Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən "Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirləri davam etdirir.

1news.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, Agentliyin mütəxəssisləri beynəlxalq məsləhətçi şirkət "GEMMS Group"un əməkdaşları ilə birgə ərazidə rahat, təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlarla bağlı müfəssəl təhlillər aparıb. Hazırda layihə çərçivəsində aparılan nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi də məhz bu təhlillərin nəticəsinə uyğun olaraq icra edilir.

Bildirilib ki, nişanlanma və yol-cizgi xətləri şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilir. Belə ki, paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq burada işıqforlarla nizamlanan piyada keçidləri qanunvericiliyin tələblərinə uyğun olaraq qırıq xətlərlə işarələnib. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq.

"Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi mümkün olacaq. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə səkilərdə müasir tərtibatda panduslar qoyulacaq. Analoji pandusların yaxın vaxtlarda paytaxtın digər küçə və prospektlərində də qoyulmasına başlanılacaq.

Qeyd edək ki, "Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda ümumilikdə 18 ədəd eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi nəzərdə tutulub. Bunlardan 5 ədədi nizamlanmayan, 13 ədədi isə işıqforla nizamlanan piyada keçidi olacaq. Nizamlanmayan piyada keçidlərində də piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sarı sayrışan işıqlar yerləşdiriləcək.

Eyni zamanda, layihə çərçivəsində qeyd edilən yollarda 8 ədəd avtobus dayanacaq məntəqəsi təşkil edilib. "Cib" tipli dayanacaq məntəqələrinə avtobusların rahat giriş-çıxışının təmin edilməsi məqsədilə normalara uyğun şəkildə inşa edilib.

Babək Cahandarov

Paylaş:
819

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər