Mübariz Əhmədoğlu: NATO rəsmisi İrəvandan Ermənistanın bu quruma inteqrasiya edəcəyi barədə RF-ə mesaj ünvanladı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: NATO rəsmisi İrəvandan Ermənistanın bu quruma inteqrasiya edəcəyi barədə RF-ə mesaj ünvanladı

10:37 - 30 / 06 / 2017
Mübariz Əhmədoğlu: NATO rəsmisi İrəvandan Ermənistanın bu quruma inteqrasiya edəcəyi barədə RF-ə mesaj ünvanladı

Ermənistan-NATO və ya NATO-Ermənistan münasibətlərinin tam şəffaflaşdığı kimi dəyərləndirilə bilən proseslər baş verir. Təkcə NATO-nun Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə nümayəndəsi C.Appaturayın Ermənistanda keçirdiyi görüşlər və bu görüşlərdən sonra keçirdiyi mətbuat konfransında səsləndirilən, verilən bəyanatlar deyil, həm də ondan əvvəl həm ondan sonra baş verənlər də bunu deməyə əsas verir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu NATO-nun Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə nümayəndəsi C.Appaturayın Ermənistanda keçirdiyi görüşlərlə bağlı xəbəri şərh edərkən bildirib:

“Appaturayın Ermənistana səfərindən əvvəl NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri Uilyam Lahyu Ermənistanın İranla əlaqələrinin də Ermənistan-NATO əlaqələrinə zərrə qədər təsir etmədiyini bildirdi. Reallıqda İran  NATO prizmasından yad və daha təhlükəli görünür. Bu mənada Ermənistana inamın nəticəsi olaraq İranla münasibətlərinin də rəsmi İrəvanın NATO ilə əlaqələrinə təsir etməyəcəyi bəyanatı demək olar ilk dəfə idi ki, verilir və bu kifayət qədər işarəli hadisədir.

Eləcə də Appaturayın mətbuat konfransından sonra Almaniyanın məşhur K. Adenauer fondu Ermənistandakı regional tədqiqatlar mərkəzi ilə birlikdə Çaxkadzorda tədbir keçirdi və o tədbirdə səslənən fikirlər də kifayət qədər ciddi nəzərə alınmalı fikirlərdir. Regional tədqiqatlar mərkəzinin rəhbəri R. Kirakosyan Ermənistan hökumətinin Türkiyə istiqamətindəki siyasətini düzgün qiymətləndirdi. Ermənistanın Müdafiə Nazirliyinin təmsilçisi, Ermənistan müdafiə nazirliyinin müdafiə siyasəti şöbəsinin rəis müavini Mqer İsraelyan da bildirdi ki, bu günədək Türkiyə NATO-Ermənistan münasibətlərinə zərrə qədər də maneçilik etməyib. Daha detallı danışan İsraelyan bildirdi ki, NATO-da qərarlar konsensusla qəbul edilir”.

Politoloqun fikrincə, C.Appaturay İrəvanda Ermənistan-NATO münasibətləri barədə çox əminliklə danışdı:

“C.Appaturayın bəyanatlarından başa düşmək olur ki, NATO Ermənistanı özününkü hesab edir. Ermənistan rəhbərliyi C.Appaturayda əminlik yaradıb ki, KTMT üzvü olması və Rusiya ilə əlaqələri bu dövlətin NATO-ya inteqrasiyasına heç bir maneçilik etməyəcəkdir.

C.Appaturaydan əvvəl bir neçə erməni eksperti də gec-tez Ermənistanın NATO-ya üzv olacağını əminliklə bildirdilər. Əvvəllər də  Ermənistanın NATO ilə müsbət münasibətləri barədə fikirlər səslənmişdi. Amma indi səslənən bəyanatlar daha inandırıcıdır”.

Mübariz Əhmədoğlunun fikrincə, Ermənistan siyasi mühitində Türkiyəyə qarşı münasibət xeyli pozitivləşib. Erməni ekspertlərinin böyük əksəriyyəti Türkiyəni düşmən kimi qəbul etmirlər.

“Bəzi ekspertlərə görə Türkiyənin NATO üzvü olması Ermənistan üçün faydalıdır.  Bu ekspertlər daha uzağa gedərək Dağlıq Qarabağda müharibə olacağı təqdirdə Türkiyənin Azərbaycana kömək etməyəcəyini, edəcəyi təqdirdə bu dəstəyin simvolik olacağını bildirirlər. Ermənistanın ictimai-siyasi mühitinin Türkiyə istiqamətində münasibətinin pozitivə doğru dəyişməsi NATO-nun və ABŞ başda olmaqla qərb dövlətlərinin gördüyü işin səmərə verdiyini göstərir. Eləcə də NATO-nun Dağlıq Qarabağ məsələsində neytral qalması da erməniləri narahat etmir.

C.Appaturay İrəvanda olarkən Ermənistanın fövqəladə hallar naziri D.Tonoyanla görüşdü. Dolaşan fikirlərə görə bir il ərzində K.Karapetyan baş nazir postundan azad ediləcək, onu indiki müdafiə naziri V.Sərkisyan əvəzləyəcək. D.Tonoyan müdafiə naziri təyin ediləcəkdir. Görünür, bu ssenari artıq qərblə razılaşdırılıb”.

S.Xankişiyeva

Paylaş:
768

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər