Ziyafət Əsgərov: Bəziləri məhkəmə sistemimizə kölgə salmaq üçün Azərbaycanla bağlı qərarların sayının çox olduğunu bildirir | 1news.az | Xəbərlər
Siyasət

Ziyafət Əsgərov: Bəziləri məhkəmə sistemimizə kölgə salmaq üçün Azərbaycanla bağlı qərarların sayının çox olduğunu bildirir

12:50 - 30 / 06 / 2017
Ziyafət Əsgərov: Bəziləri məhkəmə sistemimizə kölgə salmaq üçün Azərbaycanla bağlı qərarların sayının çox olduğunu bildirir

Azərbaycanda məhkəmə sisteminə kölgə salmaq məqsədilə bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı çıxardığı qərarların sayının çox olduğunu bildirir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün Milli Məclisin növbədənkənar iclasında deyib.

Onun sözlərinə görə, AİHM-in rəsmi statistikalarına baxdıqda aydın görmək olar ki, Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla əlaqədar qəbul edilən qərarların sayından çoxdur.

Z.Əsgərovun sözlərinə görə, AHİM-in rəsmi statistikasında 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunduğu qeyd edilir, lakin Avropa ölkələri ilə bağlı qərarların sayı 40-dan çoxdur.

Birinci vitse-spiker əlavə edib ki, Azərbaycanda məhkəmə sistemində islahatlar uğurla davam etdirilir.

S.Xankişiyeva

Paylaş:
554

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər