Kürdə boğulan polis əməkdaşlarının adları məlum olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdə boğulan polis əməkdaşlarının adları məlum olub - YENİLƏNİB

17:44 - 02 / 07 / 2017
Kürdə boğulan polis əməkdaşlarının adları məlum olub - YENİLƏNİB

Ağstafada Kür çayında boğulan polis əməkdaşlarının adları məlum olub.

1news.az-ın APA-ya istinadla məlumatına görə, həmin polis əməkdaşları Ağstafa rayon Zəlimxan kənd sakini 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu, Qazax rayon Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Novruz Arif Cavad oğludur.

Hazırda dalğıclar Kür çayında Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının axtarışı ilə məşğuldurlar.

17:40

Bu gün Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub.

1news.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub. Hazırda onları meyitləri axtarılır. 

Qeyd edək ki, onlar Ağstafa Dəmir Yol Xətt Polisinin əməkdaşları olublar.  

1news.az

Paylaş:
961

Son xəbərlər

Bütün xəbərlər