Koreyalı xanım azərbaycanlılar barədə nə danışdı? - VİDEO

Cənubi Koreyada təhsil alan türkiyəli tələbə Ali Ertuğrul Öztarsu Azərbaycan barədə maraqlı video material hazırlayaraq youtube kanalında yerləşdirib.
1news.az xəbər verir ki, videomaterial koreyalı gənc xanımın Azərbaycan barədə təəssüratlarına həsr olunub.
Xanım Azərbaycanın əksər rayonlarında, həmçinin Naxçıvanda olub. O, ölkəmiz, insanlarımız barədə öz fikirlərini bölüşür, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə də toxunur. Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayır.
Video materialı buradan izləmək mümkündür:
1news.az
1021