Bakıda liftdə qalan 11 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda liftdə qalan 11 nəfər xilas edilib

11:25 - 03 / 07 / 2017
Bakıda liftdə qalan 11 nəfər xilas edilib

Bu gün gecə saatlarında Bakıda liftdə qalan şəxslər xilas ediliblər.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda 9 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. 

Bundan başqa paytaxtın Binəqədi və Xətai rayonlarında liftdə qalan daha iki nəfər xilasedicilər tərəfindən xilas ediliblər.

Babək Cahandarov

Paylaş:
905

Son xəbərlər

Bütün xəbərlər