Kürdə batan polislərin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdə batan polislərin meyiti tapılıb

12:01 - 03 / 07 / 2017
Kürdə batan polislərin meyiti tapılıb

Dünən Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış 2 polis əməkdaşının meyiti tapılıb.

1news.az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi dünən saat 20:30-da, 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi isə bu gün saat 09:27-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün iyulun 2-də Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub. 

Onu da bildirək ki, onlar Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarıdır.

Mövzu ilə bağlı:

Kürdə boğulan polis əməkdaşlarının adları məlum olub - YENİLƏNİB

Babək Cahandarov

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər