Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri keçirilib – FOTO

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri keçirilib.
1news.az-a Mərkəzdən verilən xəbərə görə, turnirdə qeydiyyatdan keçən 110 nəfər iştirak edib.
İştirakçılar əvvəlcə məşq edib, onlara oyunun təməl bilikləri - topla davranış, kiçik pas texnikası və s. tövsiyələr verilib.
Futbol həvəskarları 3 yaş qrupu üzrə (5-7 yaş, 8-10 yaş, 11-14 yaş) komandalara bölünüb və 22 komanda arasında yarış olub. Yarışa “Lion” uşaq futbol klubunun UEFA «B» lisenziyalı məşqçiləri nəzarət edib. Oyunlar zamanı fərqlənən 6 iştirakçıya «Lion» futbol klubunun 1 aylıq üzvlük kartı hədiyyə olunub.
S.Xankişiyeva
702