Ermənilərin növbəti oyunu: Separatçı rejim seçkiyə hazırlaşır | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin növbəti oyunu: Separatçı rejim seçkiyə hazırlaşır

13:00 - 03 / 07 / 2017
Ermənilərin növbəti oyunu: Separatçı rejim seçkiyə hazırlaşır

Ermənilər işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində “prezident seçkiləri” keçirməyə hazırlaşır. Ermənistan mətbuatının yaydığı məlumata görə, qondarma “seçkilər” iyulun ikinci yarısında, 19-29 iyul arasında keçiriləcək.

“Seçilən” şəxs 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə rəhbərlik edəcək, ondan sonra isə qondarma rejiminin "yeni konstitusiyası"na görə separatçılar yeni rəhbər və "parlament" seçəcək. “Prezidentliyə namizəd" olaraq Qarabağdakı separatçıların rəhbəri Bako Saakyanın namizədliyi irəli sürülüb.

Ermənilərin Qarabağda seçki oyunu ilk dəfə deyil. Buna kimi də onlar müxtəlif vaxtlarda “parlament, prezident seçkiləri”, hətta “referendum”da keçiriblər.  Amma bu “seçkilər” heç bir beynəlxalq qurum və ölkələr tərəfindən tanınmayıb. Beynəlxalq birlik tərəfindən verilən bəyanatlarda bu cür addımların hüquqi əsası olmadığı və “DQR”i müstəqil dövlət kimi tanımadıqları bəyan edilib.

"Ermənistanın özbaşnalığının səbəbi ona qarşı hansısa cəzaların tətbiq edilməmisidir"

Millət vəkili Asim Mollazadə hesab edir ki, ermənilər öz təxribatlarını heç vaxt dayandırmırlar və beynəlxalq təşkilatları aldatmaq üçün min oyundan çıxırlar. Onun sözlərinə görə, bu “seçkilərin” heç bir əhəmiyyəti yoxdr və hər hansı  bir qurum, ölkə tərəfindən tanınmır: “Bu, onların daxili oyunlarıdır və öz sahibləri üçün bu oyunları oynanırlar”.

Millət vəkili vurğulayıb ki, hər dəfə qondarma rejim “seçkilər” keçirdikdən sonra beynəlxalq təşkilatlar, xarici dövlətlər onun nəticələrini  tanımadığını bəyan edirlər:

“Amma buna baxmayaraq ermənilər öz bildiyini edir. Çünki əsas problem ondan ibarətdir ki, beynəlxalq təşkilatlar təcavüzkarın işğalına düzgün qiymət vermir. Ermənilər  beynəlxalq hüquq normalarını, BMT-nin, ATƏT-in təməl sənədlərindən irəli gələn qərarları qəbul etmir. Ermənistanın bu siyasətinin, özbaşnalığının səbəbi ona qarşı hansısa cəzaların tətbiq edilməmisidir. Cəzasız qalanda isə cinayətlər təkrar olunur”.

A.Mollzadə əlavə edib ki, bu kimi addımlar Ermənistanın öz işğalçı mövqeyində qaldığını göstərir və İrəvan bu mövqeyi davam etdirəcək:“Cəza olmayana qədər bu siyasət Ermənistan tərəfindən davam etdiriləcək. Ona görə də Qarabağa dair aparılan danışıqlardan, qarşıda nəzərdə tutulmuş xarici işlər nazirlərinin görüşündən heç nə gözləmirəm. Bu danışıqlar ancaq beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hiylələrdir”.

"Belə şouların heç bir siyasi dəyəri, mahiyyəti yoxdur" 

Politoloq Tofiq Abbasov isə “seçkiləri” qeyri- ciddi məsəslə hesab edir: “Ermənilər “referendum”,  “seçkilər” keçirir. Bir qayda olaraq Avropa təsisatları bunu qəbul etmirlər. Yəni həmin “seçkilər”in nəticələrini tanımırlar. Azərbaycan XİN dəfərlərlə bununla bağlı bəyanatlar verib, özünün prinsipial mövqeyini açıqlayıb. Bizim mövqe nəzərə alınır ki, bu tanınmamış bir qurumdur, dövlət statusu yoxdur, ona görə də orda keçirilən  həmin kampaniyaların hüquqi qüvvəsi yoxdur. Digər tərəfdən isə nəticələrini tanıya bilməzlər. Azərbaycan bu məsələdə diplomatik müstəvidə üzərinə düşən məsuliyyətin hamısını dərk edir, lazım olan zəruri addımları atır. Ümumiyyətlə, dünya birliyinə, dövlətlərə, bu seçkilərə qondarma müşahidəçilər göndərən ölkələrə müraciətində bildirir ki, onlara verilən bu kimi dəstək heç də Azərbaycanla münasibətlərin yaxşılaşmasına xidmət etmir. Getdikcə bu proseslərin hamısı daha çox lətifəvari bir hal alır. Çünki elə Ermənistanın özünün gücü, təpəri, qətiyyəti olasa özü Dağlıq Qarabağı tanıyar. Tanımır, tanımaqdan çəkinir, qorxur. Bilir ki, bunu etsə, onda sülh prosesi o dəqiqə çökəcək və bu da müharibənin başlanmasına yol açan bir məqamdır".

Politoloq hesab edir ki, ona görə də  bu proseslər hamısı qondarma şou səviyyəsində həyata keçirilir. Belə şouların heç bir siyasi dəyəri, mahiyyəti yoxdur. Erməni rejimi Ermənistan xalqının, Qarabağda aqressiya və işğal altında yaşayan insanların hamısının başının altına yastıq qoyur. Çünki Qarabağ adlı tikəni uda, onu həzm edə bilmir. Buna görə də yaranmış o boşluqları, siyasi mənzərəni belə bayağı gedişlərlə zənginləşdirməyə çalışır. Bütün bunların mahiyyəti sonda heç bir nəticə verməyəcək”.

T.Abbasov düşünür ki, bu cür addımların sülh prosesinə heç bir müsbət təsiri ola bilməz:

“Birincisi, bu addımların özü sülh prosesinə zərbə deməkdir. Çünki Ermənistan bununla guya Qarabağın “müstəqilliyinin” platformasını gücləndirməklə onun de-fakto təşəkkül tapmasını və sonra de- yure təsdiqlənməsini guya indidən tədarük edir. Azərbaycan qətiyyətlə bütün bu oyunbazlığı tanımır”.

Pərvanə Sultanova

 

Paylaş:
790

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər