Cocuq Mərcanlıda daha 100 evin tikintisinə başlanılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlıda daha 100 evin tikintisinə başlanılıb – FOTO

14:36 - 04 / 07 / 2017
Cocuq Mərcanlıda daha 100 evin tikintisinə başlanılıb – FOTO

Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu münasibətlə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və inşaat işlərini aparacaq tikinti şirkətlərinin nümayəndələri Cocuq Mərcanlıda olub, yeni qəsəbə salınacaq əraziyə baxış keçiriblər.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.

Məlumat verilib ki, 17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşılıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək.

S.Xankişiyeva

Paylaş:
698

Son xəbərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 23:42COP29-un ilk günündən FOTOREPORTAJ11 / 11 / 2024, 23:23Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub11 / 11 / 2024, 20:33Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib11 / 11 / 2024, 18:58Prezident Serbiyanın dövlət başçısı ilə görüşüb11 / 11 / 2024, 18:08Prezident slovakiyalı həmkarı ilə görüşüb11 / 11 / 2024, 17:48İlham Əliyev Belarus Prezidenti ilə görüşüb11 / 11 / 2024, 17:41Murat Kurum: “Türkiyə, Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük heyətlə qatılıb”11 / 11 / 2024, 17:28Prezident Belçikanın Baş naziri ilə görüşüb - YENİLƏNİB11 / 11 / 2024, 17:14Dövlət Başçısı Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİB11 / 11 / 2024, 17:01İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb11 / 11 / 2024, 16:46Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycanda səfərdədir11 / 11 / 2024, 16:39Konqo Prezidenti Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 16:25İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb - YENİLƏNİB11 / 11 / 2024, 16:19İranın vitse-prezidenti Azərbaycanda səfərdədir11 / 11 / 2024, 16:17İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb11 / 11 / 2024, 16:10Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 15:58Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib11 / 11 / 2024, 15:32Bu gün Xalq artisti İslam Rzayevin anadan olmasından 90 il ötür11 / 11 / 2024, 15:05Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 14:46
Bütün xəbərlər