Velosipedlərə qənim kəsilən Mingəçevir sakini tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Velosipedlərə qənim kəsilən Mingəçevir sakini tutuldu

20:22 - 04 / 07 / 2017
Velosipedlərə qənim kəsilən Mingəçevir sakini tutuldu

Bakıda velosiped oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 2-də rayon ərazisində vətəndaşlara məxsus 8 velosipedi oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev tutulub.

1news.az

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər