Bakıda liftdə qalmış 6 nəfər xilas edilib

Bakıda liftdə qalmış 6 nəfər xilas edilib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 6 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.
Babək Cahandarov
936