Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

Bu gün gecə saatlarında Bakıda yerləşən yataqxana binalarının birində güclü yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasında baş verib.
Belə ki, həmin binanın 5-ci mərtəbəsində ayrı-ayrı vətəndaşların məskunlaşdığı ümumi sahəsi 23 m2 olan otağın və eyvanının yanar konstruksiyaları, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin və ümumi mətbəxin lambirdən ibarət tavanı 20 m2 sahədə əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərərfindən 15 nəfər bina sakini təxliyə olunub.
Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.
Babək Cahandarov