Salyan rayonunda “KAMAZ” digər “KAMAZ”-la toqquşub | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyan rayonunda “KAMAZ” digər “KAMAZ”-la toqquşub

12:14 - 04 / 07 / 2017
Salyan rayonunda “KAMAZ” digər “KAMAZ”-la toqquşub

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Ələt Astara yolunun 24-cü kilometrliyində “KAMAZ” markalı yük avtomobilinin yol kənarında dayanmış digər “KAMAZ” markalı yük avtmobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Babək Cahandarov

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər