Növbəti hərrac keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti hərrac keçirilib

12:32 - 04 / 07 / 2017
Növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

1news.az-a Komitədən verilən xəbərə görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisəsi tikinti, ticarət, təmir, sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Ağsuda, Şirvanda, Zaqatalada və Balakəndə yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Zaqatala Barama Toxuma zavodunu, Balakəndəki 33 saylı sex kimi kiçik dövlət müəssisəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, Zaqatala Barama Toxuma zavodunun torpaq sahəsi 18 min 350 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 881 kvadratmetrdir. Balakəndə 33 saylı sexin torpaq sahəsi isə 2 803 kvadratmetr, ümumi faydalı sahəsi 403 kvadratmetrdir. Özəlləşdirilən əmlakların sahəsi 71 kvadratmetr ilə 3 881 kvadratmetr arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Astara rayonunda yerləşən sahəsi 126 kvadratmetr olan qeyri-yaşayış sahəsidir. Bugünkü hərracda elektron qaydada nəqliyyat vasitələrinin hərracı rəqabətli şəraitdə keçirilib. Elektron hərracın vasitəsilə onlayn 1 avtomobil özəlləşdirilib.

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşmə portalında əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

S.Xankişiyeva

Paylaş:
540

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər