Səməd Seyidov: “Ermənilərin Füzulidə törətdikləri vəhşiliklə bağlı məsələ AŞPA-da qaldırılacaq” | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: “Ermənilərin Füzulidə törətdikləri vəhşiliklə bağlı məsələ AŞPA-da qaldırılacaq”

13:40 - 05 / 07 / 2017
Səməd Seyidov: “Ermənilərin Füzulidə törətdikləri vəhşiliklə bağlı məsələ AŞPA-da qaldırılacaq”

İyulun 4-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri artilleriya atəşinə tutması faktı ilə bağlı bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət olunacaq.

 1news.az xəbər verir kİ, bunu APA-ya açıqlamasında Milli Məclisin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasında müzakirəyə çıxarılacaq.

S. Seyidovun sözlərinə görə, ötən gecə erməni silahlıları tərəfindən yaşlı qadının və körpə uşağın ölümü ilə nəticələnən hadisə hətta müharibə qanunlarına sığmayan insanlıq əleyhinə cinayətdir: “Təbii ki, Avropa Şurası, o cümlədən digər beynəlxalq təşkilatlar buna qiymət verməlidir. Biz səlahiyyətlərimizin imkan verdiyi bütün beynəlxalq təşkilatlara faktlar, fotolar təqdim etməklə hüquqi qiymət verilməsini tələb edəcəyik. Bu dəhşətli faktı artıq ermənilər ört basdır edə bilməyəcəklər. O yaşlı xanımın və körpənin qanı yerdə qalmayacaq”.

S. Seyidov onu da qeyd edib ki, AŞPA-nın növbəti sessiyasında onsuzda xeyli məsələlər Azərbaycanla bağlıdır və bu hadisə də həmin məsələlər arasında geniş yer tutacaq: “Bütün iclaslarda bu məsələ qaldırılacaq”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

İyulun 4-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri artilleriya atəşinə tutması faktı ilə bağlı bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət olunacaq.

1news.az

Paylaş:
825

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər