Elmar Məmmədyarov Türkmənistan səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib.
1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə səfir Mekan İşanquliyev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Səfir Mekan İşanquliyev ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir E. Məmmədyarov səfir İşanquliyevə diplomatik fəaliyyətində uğurlar uğurlar arzu edib.
Pərvanə Sultanova
613