Bakıda 398 ədəd piyada keçidi normalara uyğun yerləşdirilməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 398 ədəd piyada keçidi normalara uyğun yerləşdirilməyib

17:40 - 05 / 07 / 2017
Bakıda 398 ədəd piyada keçidi normalara uyğun yerləşdirilməyib

Paytaxt yollarındakı piyada keçidləri Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən hərtərəfli təhlil edilib. Müəyyən edilib ki, bu gün paytaxtın bir sıra, xüsusən də mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri də koordinasiyasız həyata keçirilən yol nişanlamaları və xətləmə işləridir.

1news.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qurumun əsasnaməsində deyilir ki, Bakı şəhərində yol nişanlamaları və xətləmələr BNA-nın və DYP-nın razılığı ilə həyata keçirilməlidir. Bu gün Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə bu sahədə birgə çalışır. Amma yenə də bəzi yerli qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər ki, bu da tıxaclara, eyni zamanda insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb olur. 

Bakı şəhərində yerləşdirilmiş piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub. Svetoforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmayıb. 12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yelrəşdirilib. 18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılmış yol xətlənməsi işləri aparılmayıb. 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilməmiş, keçidlər bir-birinə nəzərən çox yaxın quraşdırılıb. 5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmayıb, piyada keçidi kəsişmədən dərhal sonra təşkil edilib. 

Bakı Nəqliyyat Agentliyi əsasnaməsinə uyğun olaraq piyada keçidləri ilə bağlı bu kimi ciddi nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasına başlayıb. Piyada keçidlərinin xaotik şəkildə əvvəlcədən yerləşdirilməsinin hər birimiz üçün ağrılı bir məqam olduğunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi ictimaiyyəti də bu işdə faəl əməkdaşlığa dəvət edir. Əhalidən paytaxt yollarında piyada keçidlərinin düzgün yerləşdirilməməsi, eyni zamanda düzgün olmayan nişanlanma halları ilə bağlı 141 çağrı mərkəzinə məlumat vermələri xahiş edilir.

1news.az

Paylaş:
594

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər