Müdafiə Nazirliyi ermənilərin yaydığı dezinformasiyanı təkzib edib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi ermənilərin yaydığı dezinformasiyanı təkzib edib

11:30 - 05 / 07 / 2017
Müdafiə Nazirliyi ermənilərin yaydığı dezinformasiyanı təkzib edib

Azərbaycanın Müdafiə Nazirliyi münaqişə zonasında bölmələrimiz tərəfindən Amerika istehsalı olan TR-107 yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə olunması barədə Ermənistanın Müdafiə Nazirliyinin yaydığı dezinformasiyanı təkzib edib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən,

Ermənistanın Müdafiə Nazirliyi yalan məlumat yaymaqla çaşqın vəziyyətə düşüb.

“Belə ki, əslində TR-107 yaylım atəşli reaktiv sistemi (YARS) Amerikada deyil, Türkiyədə istehsal olunur. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri bu yaylım atəşli reaktiv sistemlərini tətbiq etməyib, yalnız düşmənin dinc əhalinin ölümünə səbəb olan təxribatının qarşısını alıb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləş ən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub”.

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

XİN: Ermənistan silahlı qüvvələrinin son təxribatı bu ölkənin terrorçu mahiyyətini bir daha sübut edir

S.Xankişiyeva

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər