Səfir:"Zəhranın ölümündən dəhşətə gəldim" | 1news.az | Xəbərlər
Siyasət

Səfir:"Zəhranın ölümündən dəhşətə gəldim"

12:57 - 05 / 07 / 2017
Səfir:"Zəhranın ölümündən dəhşətə gəldim"

"Səfir Dan Stav ötən gün Fizuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərindən dəhşətə gəlir və dərindən kədərlənir".

 Bu barədə 1news.az-a  İsrailin Azərbaycandakı səfirliyindən  verilən məlumatda bildirilir.

 Qeyd edilib ki, diplomat onların ailəsinə və bütün Azərbaycan xalqına başsağlığını çatdırır, yaralılara tezliklə sağalmağı arzu edir.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

 Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Pərvanə Sultanova

 

Paylaş:
810

Son xəbərlər

Bütün xəbərlər