Külli miqdarda qaçaqmalın ölkəmizə gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda qaçaqmalın ölkəmizə gətirilməsinin qarşısı alınıb

19:13 - 06 / 07 / 2017
Külli miqdarda qaçaqmalın ölkəmizə gətirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi üzrə görülən tədbirlər nəticəsində növbəti dəfə külli miqdarda qaçaqmalın ölkəmizə gətirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 4-də saat 01:00 radələrində Yardımlı rayonunun Abbaslı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədi istiqamətində hərəkət edən 3 nəfər aşkar edilib.

Sərhəd naryadının təlimata uyğun və çevik hərəkətləri nəticəsində “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq hadisə yerində qaçmağa cəhd göstərən Yardımlı rayon sakinləri 1994-cü il təvəllüdlü İmanov Elnur Rəhman oğlu və 1995-ci il təvəllüdlü Əsmənov Sarvan Arif oğlu saxlanılıblar.

Sərhəd pozucu­larından biri havanın qaranlıq olmasından və ərazinin mürəkkəb relyef xüsusiyyətlərindən istifadə edərək geriyə qaçmağa müəffəq olub. 

Əraziyə baxış keçirilərkən Azərbaycana gətirilməsi üçün İranla dövlət sərhədində gizlədilmiş 5550 qutu müxtəlif markalı siqaretlər aşkar olunaraq götürülüb. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
689

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər