Ermənistanın ABŞ-dakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın ABŞ-dakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib – FOTO

09:20 - 06 / 07 / 2017
Ermənistanın ABŞ-dakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib – FOTO

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, işğalçı ölkənin ABŞ-dakı səfirliyinin binası qarşısında aksiya keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, əllərində Ermənistanın işğalçılıq və soyqırımı siyasətini pisləyən şüar və plakatlar tutan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti işğalçı ölkənin cinayətkar əməllərinə lazımi qiymət verməyə çağırıblar.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

XİN: Ermənistan silahlı qüvvələrinin son təxribatı bu ölkənin terrorçu mahiyyətini bir daha sübut edir

S.Xankişiyeva

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər