İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər | 1news.az | Xəbərlər
Siyasət

İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

11:30 - 06 / 07 / 2017
İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

İtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçelli Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatlar veriblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, İqtidar Demokratik Partiyadan olan deputat Kristina Bargero bildirib ki, bu gün daha bir körpənin həyatından qəddarlıq nəticəsində məhrum olması xəbərini almaq və hələ də aktiv fazada qalmaqda davam edən Ermənistan-Azərbaycan münaqişəsi barədə az yazan bir çox mətbuat orqanlarının laqeydliyini görmək çox ağrılıdır. “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını tələb edən çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan və Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edən Ermənistanın silahlı qüvvələri tərəfindən iki yaşlı körpə qətlə yetirilib",- deyə italiyalı deputat vurğulayıb.

Deputat K.Bargero Ermənistanın ən tez zamanda öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxaracağına və beynəlxalq ictimaiyyəti aldatmağa son qoyacağına ümid etdiyini bildirib. "İtaliya hökuməti isə gələn il ATƏT-ə sədrliyi dövründə konstruktiv danışıqlar vasitəsilə uzunmüddətli sülhün bərqərar olunması yolunda fəaliyyət göstərməlidir”,- deyə Kristina Bargero fikirlərini tamamlayıb.

Hakim Demokratik partiyadan olan digər deputat, xarici əlaqələr daimi komissiyasının üzvü Xalid Çauki isə qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində bir qadının və onun nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması ilə nəticələnən hücumla bağlı yeni xəbərlər dərin narahatlıq doğurur və Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını göstərir. O deyib: “Biz Ermənistan tərəfindən törədilən təcavüz aktını qəti və kəskin şəkildə qınayırıq, ziyan çəkən mülki əhali ilə tam həmrəyliyimizi ifadə edirik. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun səyləri ilə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtması zərurətindən başlamaqla, sülh danışıqlarını yenidən bərpa etmək mümkün olacaq”.

İtaliya Senatında 5 ulduz hərəkatı partiyasının təmsilçisi, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü Vito Petroçelli isə bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa başlamalıdır. İtalyan senator deyib ki, 30 ilə yaxın davam edən bu müharibə ilə bağlı həm BMT, həm də ATƏT öz rəylərini dəfələrlə bildiriblər və dünən də bir qadın və bir körpənin həyatlarını itirməsinə münasibətdə susqunluq hökm sürür.

Deputatlar Kristina Bargero və Xalid Çaukinin bəyanatları mənsub olduqları Demokratik partiyanın rəsmi internet səhifəsində və İtaliya milli xəbər agentliyi-ANSA tərəfindən yayılıb, senator Vito Petroçellinin bəyanatı isə ANSA agentliyində yerləşdirilib.

Bəyanatlarla aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

http://www.deputatipd.it/news/esteri-chaouki-grave-aggressione-armena-solidariet%C3%A0-popolazione-azerbaigian

http://www.deputatipd.it/news/armenia-bargero-rispetti-accordi-internazionali-e-ritiri-forze-armate-da-azerbaigian

Babək Cahandarov

Paylaş:
702

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər