Aleksandr Lukaşenko cəbhə xəttində azərbaycanlı mülki şəxslərin öldürülməsindən təəssüfləndiyini bildirib | 1news.az | Xəbərlər
Siyasət

Aleksandr Lukaşenko cəbhə xəttində azərbaycanlı mülki şəxslərin öldürülməsindən təəssüfləndiyini bildirib

11:53 - 06 / 07 / 2017
Aleksandr Lukaşenko cəbhə xəttində azərbaycanlı mülki şəxslərin öldürülməsindən təəssüfləndiyini bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində azyaşlı da daxil olmaqla 2 dinc sakinin ölümü və 1 nəfərin yaralanması ilə bağlı təəssüfünü bildirib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, Belarus Prezidenti ilə ATƏT PA-nın 26-cı illik sessiyasının rəsmi açılış mərasimindəki ayaqüstü qısa görüş zamanı ilk sözü təmas xəttində baş verən insident barədə olub. Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini vurğulayan Prezident baş verən hadisədən məlumatlı olduğunu bildirərək təəssüfünü ifadə edib.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

Babək Chaandarov

Paylaş:
722

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər