Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

13:21 - 07 / 07 / 2017
Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 27-32, Bakıda gecə  21-23, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23, Türkan, Hövsan, Sahil, Şıxda  24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 8-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gündə  Abşeron yarımadasında arabir güclənən xəzri  küləyinin  yaratdığı nisbətən sərin hava şəraiti meteohəssas  insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
626

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər