Beynəlxalq birlik Ermənistanın növbəti qanlı cinayətinə sərt reaksiya göstərdi | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq birlik Ermənistanın növbəti qanlı cinayətinə sərt reaksiya göstərdi

14:27 - 07 / 07 / 2017
Beynəlxalq birlik Ermənistanın növbəti qanlı cinayətinə sərt reaksiya göstərdi

Ermənistan hərbi birləşmələrinin son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi beynəlxalq  ictimaiyyətdə çox ciddi rezonans doğurub.

Hadisə ilə bağlı beynəlxalq ictimaiyyətdən, dünyanın aparıcı təşkilatlarından və dünyanın aparıcı KİV-lərindən reaksiyalar gəlməkdə davam edir.

Dünyanın “Assosiated Press”, BBC, “Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırıb, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayıblar.  

Dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu göstəriblər.

ATƏT

ATƏT MQ həmsədrlərinin ikinci bəyanatlarında təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu aydın şəkildə görünür.   

ATƏT-in Minsk Qrupunun həmsədrləri faktiki olaraq qeyd edirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb.

Artıq beynəlxalq ictimaiyyətə məlumdur ki, guya azərbaycanlıların yaşadığı məntəqələrdə atəş nöqtələrinin olması barədə Ermənistan tərəfinin iddiaları yalan və öz cinayətlərini kobud şəkildə ört-basdır etmək cəhdidir. Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və diplomatları, beynəlxalq media nümayəndələri iyulun 6-da Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi olublar.

Ermənistanın azərbaycanlılara qarşı davamlı şəkildə terror və soyqırımı siyasəti bu ölkə tərəfindən sistematik qaydada Cenevrə konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu sübut edir. Həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlara yol verilməməsinə dair çağırışlarını təqdirəlayiqdir.

Həmsədrlərin məhz Ermənistanın növbəti təxribatından sonra 1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayət olunması barədə çağırış isə bu sazişin şərtlərinin məhz işğalçı ölkə tərəfindən pozulduğunu göstərir.

Avropa İttifaqı, Avropa Parlamenti, Avronest

Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin (AFET) sədri Devid Makallister, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimin birgə bəyanatında da ermənilərin son təxribatından narahatlıq ifadə olunub.

Bəyanatda Fizuli rayonunda mülki şəxslərin ölümü ilə nəticələnən zorakılıq hadisəsindən  ciddi narahatlığını ifadə edilib.

Münaqişənin tez bir zamanda siyasi yolla, beynəlxalq hüquq normalarına uyğun olaraq nizamlanmasına çağırış edildiyi  bəyanata Avropa Parlamentinin ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə olunub.

Bəyanatdan göründüyü kimi, AP, Aİ və Avronest Ermənistanın mülki əhalinin qətlinə səbəb olan növbəti qanlı aksiyasından ciddi narahatlıqlarını ifadə ediblər.

Bu qurumlar faktiki olaraq Azərbaycanın bu günə kimi səsləndirdiyi mövqeni dəstəkləyərək münaqişənin qısa zamanda, beynəlxalq hüququn normalarına uyğun həllinə çağırış ediblər.

ATƏT-in son bəyanatlının xarakterini nəzərə alaraq, bu qurumların  ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə etməsi həm də Ermənistanı təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa dəvət etmək anlamına gəlir. 

ABŞ

ABŞ Dövlət departamenti Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlığını ifadə edib.

Bəyanatda münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsi xüsusi qeyd edilir.

ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyinə tərəfdar çıxması və tərəfləri hərbi əməliyyatları dayandırmağa, danışıqlar prosesini bərpa etməyə çağırması onu göstərir ki, Vaşinqton Ermənistanı pozucu və təxribatçı fəaliyyətdən çəkinməyə çağırır.

Vaşinqton münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsini qeyd etməklə münaqişənin ədalətli həlli ilə bağlı konkret mövqe ortaya qoyur.

Beynəlxalq birliyin Ermənistanın iyulun 4-də törətdiyi təxribata reaksiyası göstərir:

Beynəlxalq birlik tərəfindən verilən bəyanatların bir çoxunda Ermənistanı təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozan dövlət olduğu qeyd olunur.

Beynəlxalq birlik münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini istəyir.

Beynəlxalq birlik Azərbaycanın haqlı tərəf olduğunu etiraf edir və bölüşür, Ermənistanı pozucu fəaliyyətdən çəkinməyə çağırır.

Beynəlxalq birliyin reaksiyası, xüsusilə ATƏT MQ-nin ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair obyektiv mövqe ifadə etməsi həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir.

Babək Cahandarov

Paylaş:
670

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər