Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimi

15:03 - 07 / 07 / 2017
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimi

Bu günlərdə misirli alim, Ayn  Şəms Universitetinin dosenti, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri  Əhməd Sami  Elaydi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

1news.az xəbər verir ki, ona fəxri üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar təqdim edib.

Xalq yazıçısı Anar Misir və Azərbaycan arasında mədəni və ədəbi əlaqələrin inkişafı və genişləndirilməsi sahəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərinin apardığı işləri yüksək qiymətləndirib və uğurlar arzulayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetində “Çağdaş Azərbaycan romanlarında mövzu, janr və üslub məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Əhməd Sami azərbaycanşünas alim kimi bir çox ciddi tədqiqatlara imza atıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında xeyli sayda araşdırmaların müəllifi olan tədqiqatçının əsərləri müxtəlif ərəb ölkələrinin nüfuzlu dərgilərində dərc edilib.

Əhməd Sami tərcümə sahəsində də gərgin əmək sərf edib, “Müasir Azərbaycan nəsri” antologiyasını ərəb dilinə tərcümə edərək Misirdə nəşr etdirib. Eyni zamanda  Nobel mükafatı lauretı, məşhur Misir yazıçısı Nəcib Məhfuzun “Liderin qətl günü” romanı onun tərcüməsində Azərbaycanda nəşr olunub. İndiyədək onun tərcüməsində 10-dan artıq kitab nəşr edilib.

O, həmçinin Azərbaycan həqiqətlərinin, xüsusilə Dağlıq Qarabağ probleminin ərəb dünyasında tanıdılmasında mühüm xidmətlər göstərib.

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimidir.

Pərvanə Sultanova

Paylaş:
684

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər