Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir | 1news.az | Xəbərlər
Siyasət

Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir

15:59 - 07 / 07 / 2017
Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir

Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.

Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.

İtki və tələfat yoxdur.

S.Xankişiyeva

Paylaş:
956

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər