ABŞ Dövlət Departamentinin rəsmisi Alxanlıda həlak olanlara başsağlığı verib – VİDEO
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin gərginləşməsi ilə bağlı xüsusi müraciətlə çıxış edib.
1news.az-ın ABŞ Dövlət Departamentinə istinadla verdiyi xəbərə görə, bu barədə rəsmi nümayəndənin keçirdiyi brifinqdə bildirilib:
“Amerika Birləşmiş Ştatları həmişə olduğu kimi, münaqişə zonasında mülki şəxslərin öldürülməsinə görə narahatdır. İyulun 4-ü Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakin, eləcə də iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq keçiririk.
Təmas xətti yaxınlığında baş verən hadisə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. ATƏT-in Minsk qrupu həmsədərləri ilə yanaşı, tərəfləri danışıqlar masasına oturmağa çağırıq. Bu regionla bağlı siyasətimiz aydındır: münaqişə beynəlxalq hüquq çərçivəsində nizamlanmalıdır”.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO
Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!
Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ
S.Xankişiyeva