İtaliyanın “Mondo Democratico” qəzeti Ermənistan ordusunun mülki şəxsləri qətlə yetirməsindən yazıb | 1news.az | Xəbərlər
Siyasət

İtaliyanın “Mondo Democratico” qəzeti Ermənistan ordusunun mülki şəxsləri qətlə yetirməsindən yazıb

23:28 - 07 / 07 / 2017
İtaliyanın “Mondo Democratico” qəzeti Ermənistan ordusunun mülki şəxsləri qətlə yetirməsindən yazıb

İtaliyanın iqtidar Demokratik partiyasının mətbu orqanı olan “Mondo Democratico” onlayn qəzetində Cənubi Qafqaz üzrə tədqiqatçı Daniel Pommier Vinçellinin “Dağlıq Qarabağ: unudulmuş münaqişə. 1994-cü ildən bəri bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmağı gözləyir” sərlövhəli məqaləsi dərc olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən 1news.az-a verilən məlumata görə, məqalədə müəllif qeyd edib ki, iyulun 4-də 5-ə keçən gecə təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin minaatanlar və dəzgahlı qumbaraatanlarla hücumu nəticəsində Füzuli rayonunda iki azərbaycanlı mülki şəxs – bir qadın və iki yaşlı körpə qətlə yetiriliblər.

Demokratik partiyadan olan deputatlar Kristina Barqero və Xalid Çauki hadisə qurbanları ilə həmrəyliklərini ifadə etmiş və Ermənistan qoşunlarının 1992-1994-cü illərdə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına çağırış ediblər.

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi daim “dondurulmuş münaqişə” kimi xarakterizə olunub. Əslində, bu, beynəlxalq ictimaiyyət tərəfindən unudulmuş və dövri olaraq mülki əhaliyə ziyan vurmaqla alovlanan bir müharibədir. D.P.Vinçelli vurğulayıb ki, 1988-ci ildən başlayaraq Sovet İttifaqının dağılması prosesi Qafqazda 1991-ci ildə müstəqil dövlətlər olan Ermənistan və Azərbaycan sovet respublikaları arasında etnik münaqişənin baş verməsi ilə müşayiət olunub. Hər iki millətin nümayəndələrinin yaşadığı və güclü multikultural profilə malik Azərbaycanın Dağlıq Qarabağ regionu həmin vaxtdan erməni irredentizminin obyektinə çevrilib və separatçılıq prosesi baş qaldırıb.

“Hüquqi nöqteyi-nəzərdən, “Dağlıq Qarabağ respublikası” mövcud deyil. Ermənistanın özü də daxil olmaqla, dünyanın heç bir ölkəsi onun müstəqilliyini tanımır və BMT-nin müvafiq dörd qətnaməsi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və işğal olunmuş digər ərazilərlə birlikdə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edirlər. 1992-ci ildə baş vermiş müharibə bu regionla yanaşı, ona bitişik Azərbaycanın digər yeddi rayonunun da Ermənistan tərəfindən işğalı ilə nəticələnib”, - deyə italiyalı tədqiqatçı vurğulayıb.

Müəllif əlavə edib ki, hadisələrdən 25 il keçməsinə baxmayaraq, bir milyondan çox azərbaycanlı hələ də qaçqın və məcburi köçkün kimi doğma yurd-yuvalarından məhrum şəkildə yaşayırlar.

“Təmas xəttinin qurbanları ilə yanaşı, digər dəhşətli cəhət odur ki, beynəlxalq ictimaiyyət bu münaqişəni həll etməkdə acizlik çəkir. ATƏT tərəfindən yaradılan, ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk qrupunun münaqişənin nizamlanması ilə məşğuldur.

Gələn il İtaliya ATƏT-ə sədrlik edəcək. İtaliya hər iki ölkə ilə güclü iqtisadi və mədəni əlaqələr qurmaqla müsbət imicə malikdir. İtaliya Avrasiyanın mərkəzindəki münaqişə və qeyri-sabitlik alovunu söndürmək məqsədilə danışıqların yenidən bərpa olunmasını təşviq etmək üçün əhəmiyyətli rol oynamalıdır”, - deyə müəllif fikirlərini tamamlayıb.

Məqalənin tam mətni ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

http://www.mondodem.it/op-ed/nagorno-karabakh-il-conflitto-dimenticato-dal-1994-un-milione-di-profughi-azeri-aspetta-il-ritorno-a-casa/ 

1news.az

Paylaş:
1086

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər