Bahar Muradova: Bu, qeyri-obyektiv, adı ilə mahiyyəti uyğun gəlməyən qətnamə idi | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: Bu, qeyri-obyektiv, adı ilə mahiyyəti uyğun gəlməyən qətnamə idi

14:49 - 09 / 07 / 2017
Bahar Muradova: Bu, qeyri-obyektiv, adı ilə mahiyyəti uyğun gəlməyən qətnamə idi

ATƏT Parlament Assambleyasının Minskdə keçirilən iclasında isveçli deputat Kristian Holm-Barenfeldin müəllifi olduğu Şərqi Avropada vəziyyətə dair qətnamə səsvermədən keçməyərək rədd edildi.

1news.az-ın məlumatına görə, bunu trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Onun sözlərinə görə, ümumilikdə qətnamə layihəsinin adı Şərqi Avropadakı vəziyyətə dair olsa da, mahiyyəti ona uyğun olmayıb: "Biz bu qətnamə müzakirəyə təqdim olunan vaxtdan qətnamə layihəsinin müəllifi ilə aparılan iş zamanı onun diqqətinə çatdırmağa çalışırdıq ki, layihənin adı Şərqi Avropadakı vəziyyətə aid olsa da, mahiyyəti ona uyğun deyil. Yəni layihə bütövlükdə Şərqi Avropanı əhatə etmir. Layihədə 3 ölkə - Rusiya, Azərbaycan, Belarus haqqında məlumat gedir. Nəzərə alaq ki, Azərbaycanın adı qətnamə layihəsinin yalnız əvvəlində, sonunda çəkilirdi və Azərbaycan ümumiyyətlə, bu zonaya aid ölkə deyil. Əgər Şərqi Avropadan söhbət gedirsə, onda bütövlükdə Şərqi Avropaya daxil olan ölkələrdəki vəziyyəti əks olunmalı idi. İlk olaraq, bu məsələ həm müzakirə zamanı, həm də üzbəüz söhbətlərdə onun diqqətinə çatdırıldı və bildirilirdi ki, bu, doğru deyil".

B.Muradova deyib ki, nümayəndə heyətlərinin əksəriyyətinin üzvləri də qətnamənin birtərəfli olduğunu, qeyri-peşəkar hazırlandığını, obyektiv olmadığını, adı ilə mahiyyətinin uyğun gəlmədiyini müəllifin diqqətinə çatdırıblar: "Lakin o, fikrindən geri dönmədi, heç bir təşəbbüsü dəstəkləmədi. İnsan Hüquqları Komitəsində bu məsələ müzakirə olunarkən qətnamə ilə bağlı həmin tənqidi fikirlər səslənmişdi."

B.Muradova bildirib ki, qətnamə 3 dəfə səsə qoyulub və onun obyektiv olmayan, şübhəli bir şəkildə qəbul olunduğu elan edilib.

Vitse-spiker əlavə edib ki, prosedura görə, plenar sessiyada bütün sənədlər ümumi Minsk bəyannaməsi adı altında səsverməyə qoyulur. Prosedura görə, bəyannamənin hansısa bir hissəsinin yenidən səsə qoyulmasını tələb etmək mümkündür.

Belə bir tələbin irəli sürüldüyünü deyən B.Muradova qeyd edib ki, qətnamə layihəsi bütövlükdə, yəni "Şərqi Avropada vəziyyətə dair qətnamə" tam olaraq, səsə qoyuldu və 43 lehinə və əleyhinə, 18 bitərəf olmaqla, qətnamə səsvermədən keçmədi: " Prosedura görə, o, üçdə iki səs toplamalı idi. Səs toplamadığı üçün bütövlükdə qətnamə rədd edildi. Yəni Minsk bəyannaməsinin mətnində artıq Şərqi Avropada vəziyyətə dair bir sənəd yoxdur".

Xatırladaq ki, Şərqi Avropada vəziyyətə dair qətnamə layihəsində Rusiya, Belarus və Azərbaycanda demokratik inkişafın pisləşməsi, insan hüquqlarının davam edən və çoxalan pozuntuların olması, siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətində olduğu bildirilirdi.

1news.az

 

 

Paylaş:
903

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər