Həzrətpur: İran XİN Ermənistanın Qarabağdakı cinayətlərinə göz yumur | 1news.az | Xəbərlər
Siyasət

Həzrətpur: İran XİN Ermənistanın Qarabağdakı cinayətlərinə göz yumur

18:00 - 09 / 07 / 2017
 Həzrətpur: İran XİN Ermənistanın Qarabağdakı cinayətlərinə göz yumur

Urmiyanın İran İslam Şurası Məclisindəki (parlamentində) təmsilçisi, deputat Ruhulla Həzrətpur İran Xarici İşlər Nazirliyini Ermənistanın Dağlıq Qarabağda müsəlmanlara qarşı cinayətləri ilə bağlı qəti mövqe ortaya qoymadığını, göz yumduğunu bəyan edib.

1news.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, R. Həzrətpur bununla bağlı İran xarici işlər naziri Cavad Zərifiyə ünvanladığı məktubu parlamentin açıq iclasında oxuyub.

Məktubda bildirilir ki, bu cinayətlər qarşısında susqunluq İran Xarici İşlər Nazirliyinin və Cavad Zərifinin reputasiyasına kölgə salır.

R. Həzrətpur mətbuata açıqlamasında deyib ki,  Ermənistan ordusu tərəfindən 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi beynəlxalq cinayətdir və buna dünya ictimaiyyəti göz yummamalıdır.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

1news.az

Paylaş:
1090

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər