Londonda erməni səfirliyi qarşısında etiraz aksiyası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Londonda erməni səfirliyi qarşısında etiraz aksiyası keçirilib

19:53 - 09 / 07 / 2017
Londonda erməni səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Ermənistanın son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar işğalçı ölkənin Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

1news.az-ın məlumatına görə, aksiyada azərbaycanlılarla yanaşı, ermənilərin terrorçu əməllərini qınayan əcnəbilər də iştirak ediblər.

Əllərində həmvətənlərimizin həlak olması və ermənilərin terrorçu siyasətləri ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları “Biz ədalət istəyirik”, “Qarabağ Azərbaycanındır” və “Siz uşaq qatillərisiniz” kimi şüarlar səsləndiriblər.

1news.az

Paylaş:
1033

Son xəbərlər

Bütün xəbərlər