Rusiya sərhədçiləri işğal olunmuş Dağlıq Qarabağın “sərhədlərini” qorumaqda ermənilərə kömək edirlər | 1news.az | Xəbərlər
Siyasət

Rusiya sərhədçiləri işğal olunmuş Dağlıq Qarabağın “sərhədlərini” qorumaqda ermənilərə kömək edirlər

14:28 - 11 / 07 / 2017
Rusiya sərhədçiləri işğal olunmuş Dağlıq Qarabağın “sərhədlərini” qorumaqda ermənilərə kömək edirlər

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəetmə bölməsi və Ermənistanın sərhəd qoşunları İrandan tanınmamış “Dağlıq Qarabağ Respublikası”na (Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal olunmuş əraziləri) keçməyə cəhd göstərən qanun pozucularının qarşısının alınması üçün birgə ssenari işləyib hazırlayıblar.

1news.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Şurasının sərhəd idarəetmə xidmətindən məlumat veriblər. Məlumata görə, güc və qüvvələrin uzlaşdırılmasının yüksəldilməsi məqsədilə Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəetmə xidməti və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Meqridə yerləşən sərhəd qoşunlarının iştirakı ilə “Atışmaların baş verdiyi istiqamətlərdə sərhəd axtarışlarının aparılması” mövzusunda birgə təlimlər keçirilib.

Təlimlar zamanı Dağlıq Qarabağa (Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal olunmuş əraziləri) daxil olmaq istəyən sərhəd pozucularının axtarılıb tapılması üçün Rusiya və Ermənistan hərbçiləri qarşılıqlı məlumatlandırma qaydası işləyib hazırlayıblar.

“Ermənistan-İran sərhədini keçən iki nəfər şərti sərhəd pozucusu siqnalizasiya kompleks xəttini dəf etdikdən sonra Ermənistan və “DQR”in sərhədini də keçərək dağlıq ərazidə gizlənmək istəyiblər. Axtarışlar nəticəsində sərhədçilər sərhəd pozucularından birini gizlənmək istəyən zaman saxlayıblar. Digər sərhəd pozucusu isə videokamera quraşdırılmış kvadrokopter aparatının köməkliyi ilə ələ keçib”- deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, 1992-ci il sentyabrın 30-da Yerevanda Rusiya ilə Ermənistan arasında imzalanmış dövlətlərarası sazişə əsasən, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmət keçirlər.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəetmə xidmətinin Gümrü, Armavir, Artaşat və Meqridə dörd sərhəd bölməsi, eləcə də Yerevan Beynəlxalq Aeroportunda xüsusi nəzarət-keçid məntəqəsi var.

Rusiya sərhədçilərinin Ermənistanda saxlanması üçün xərclər isə tərəfdaşlıq əsasında hər iki dövlət tərəfindən qarşılanır.

1news.az

Paylaş:
995

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər