Akif Şəfiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Akif Şəfiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

18:34 - 11 / 07 / 2017
Akif Şəfiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev A.Ə.Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sənədə əsasən, dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Əli oğlu Şəfiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev digər sərəncamı ilə general-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

1news.az

Paylaş:
1295

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər