Zakir Həsənov: Ermənistandakı “İsgəndər” raketlərini vurmağa qadirik | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov: Ermənistandakı “İsgəndər” raketlərini vurmağa qadirik

17:50 - 13 / 07 / 2017
Zakir Həsənov: Ermənistandakı “İsgəndər” raketlərini vurmağa qadirik

Azərbaycan Silahlı Qüvvələri (SQ) Ermənistanda yerləşdirilən “İsgəndər” raket komplekslərini vura biləcək raket əleyhinə müdafiə sisteminə malikdir.

1news.az-ın verdiyi xəbərə görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

“Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim bu raketləri məhv edə biləcək sistemlərimiz mövcuddur. Bizdə həmin raketlərin sayı 50 dəfə çoxdur. Dediyim hər sözə görə cavabdehəm. Siz təssəvür edin onların hərbi obyektləri hansı vəziyyətə düşəcək əgər onlar bu raketlərdən istifadə etmək qərarına gəlsələr.

Bəli “İsgəndər” yaxşı raketdir. Lakin ortada bir neçə sual yaranır. Birincisi bu raket sisteminin bir neçə növü mövcuddur. İkincisi, həmin “İsgəndər” hansı vəziyyətdədir? Üçüncüsü, bu “İsgəndər”i kim idarə edir? Dördüncüsü, onu tətbiq etməyi bacaracaqlarmı? Biz hərbçi olaraq hər zaman ən pis varinatı nəzərdən keçririrk. Biz də buna hazırıq.

Sizə yuxarıda bəhs etdiyim raketlər Rusiyadan alınmayıb. Amma onlar keyifiyyətcə geri qalmır. Onu da deyim həmin silahlı modernləşdirmişik, hərbi atışları keçirmişik. Nəticə əladır. Bu gün biz əminik ki, yaşayış məntəqələrimizi və Silahlı Qüvvələrimizi müdafiə edə biləcəyik”.

S.Xankişiyeva

Paylaş:
908

Son xəbərlər

LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19
Bütün xəbərlər