30 il sonra Azərbaycana gələn erməni Zəhranın məzarını ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

30 il sonra Azərbaycana gələn erməni Zəhranın məzarını ziyarət edib - FOTO

10:35 - 14 / 07 / 2017
30 il sonra Azərbaycana gələn erməni Zəhranın məzarını ziyarət edib - FOTO

“Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşulan Oksana Altunyan 30 il sonra Azərbaycana səfər edib.

1news.az-a Platformanın mətbuat xidmətindən verilən xəbərə görə, Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb, daha sonra ailə vəziyyəti ilə əlaqədar Moskvaya köçüb, lakin Dağlıq Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin səbəbi ilə vətəninə qayıda bilməyib.

Azərbaycana səfərinin ilk günü Oksana Altunyan Fəxri Xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra onun şəxsiyyətini formalaşmasında rolu olan dahi sənətçilər Müslüm Maqomayev və Rəşid Behbudovunda məzarlarını ziyarət edib. Bundan sonra Oksana Altunyan şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib və orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələri ilə bölüşüb. O, Bakıda erməni və azərbaycanlılar arasında münaqişənin yarandığı zaman öz ailə üzvlərinin qonşuları tərəfindən necə xilas olduğundan bəhs etdi. Oksana Altunyan qeyd etdi ki, siyasətdən uzaq olan, münaqişədən zərər çəkmiş insanlar üçün doğma vətənlərinə qayıtması çox vacib və zəruridir.

Oksana Altunyan, həmçinin “Ermənistan-Azərbaycan Sülh Platforması”nın ofisinə baş çəkib. Görüş zamanı Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov, Qadın Sülh və Təhlükəsizlik Mərkəzinin sədri, Sülh Platformasının üzvü Dilarə Əfəndiyeva və Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev iştirak ediblər. Görüş zamanı Oksana Altunyan iki qonşu ölkə arasında sülh mümkün və qaçılmaz olduğunu, lakin bu xalqların arasında etimadın bərpası üçün əlavə səylərin görülməsinin vacibliyini qeyd edərək, bu prosesdə Ermənistan-Azərbaycan Sülh Platformasının xüsusi rolunun və missiyasının olduğunu bildirib.

Əvəz Həsənov da öz növbəsində Ermənistan və Azərbaycan arasında olan münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində verdiyi töhvələrdən və təcrübədən danışıb. Konfliktoloq öz növbəsində Kazan danışıqlarının uğursuzluğundan sonra artmaqda olan gərginliyin və bu gərginliyin keçən ilin aprelindən bəri aydın şəkildə özünü faciəvi şəkildə göstərməsi, bir daha iki xalq arasında sülhquruculuğu işinin güclənməsinin vacibliyini qeyd edib. Dilarə Əfəndiyeva isə yerli və beynəlxalq sülhquruculuq təşəbbüslərindən danışaraq iki xalq arasında etimadın güclənməsi və münasibətlərin normallaşması üçün sadə insanların mütəmadi olaraq dialoqunun vacibliyini bildirib. Orxan Nəbiyev isə hər iki cəmiyyətlərdə sülh üçün sosial sifarişin mövcudluğunu qeyd edib – heç kəs istəmir ki, onun yaxını cəbhədə həlak olsun. Bu sosial sifariş bu cür sülhquruculuğu layihələri ilə güclənir. Bu səbəbdən də münaqişə tərəflərinin hakimiyyətləri bu sosial sifarişə diqqət yetirməli və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunması məqsədi ilə danışıqlar prosesini sürətləndirməlidirlər.

Növbəti gün “Ermənistan-Azərbaycan Sülh Platforması”nın üzvləri Oksana Altunyan və Dilarə Əfəndiyeva, o cümlədən Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev Füzuli rayonunnun Alxanlı kəndinə səfər edərək, minaatan və ağır artilleriya atəşi nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət ediblər. Oksana Altunyan onların yaxınlarına və həmkəndlilərinə başsağlığı, verərək mülki vətəndaşlara qarşı aqressiyanı pislədiyini bildirib. Oksana sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarına öz səylərini birləşdirməyə çağırıb: "Biz, cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi məndə Azərbaycanlılar və Ermənilər arasında sülühün bərqərar olmasını istəyirəm. Bunun üçün də, hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır”.

Həmçinin, Oksana Altunyan Bakıda yerləşən erməni kilsəsini ziyarət edib. Burada Oksana nadir kitab nüsxələri, əlyazmaları və ermənistan ədəbiyyatının unikal inciləri ilə tanış olub, bu inciləri qoruduqlarına görə kitabxananın işçi heyətinə öz təşəkkürünü bildirib. Oksana Altunyan onu bürüyən hisslər haqqında danışıb. 30 ildə Bakının daha da gözəlləşdiyinu qeyd edən Altunyan, illərlə həsrət qaldığı şəhərə gələrkən, yenidən isti hislərə qovuşduğu üçün çox xoşbəxt olduğunu vurğulayıb. Oksana Altunyan yaradılan bu fürsəti ona yaratdıqları üçün “Ermənistan-Azərbaycan Sülh Platforması”nın üzvlərinə öz dərin minnətdarlığını bildirib.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

XİN: Ermənistan silahlı qüvvələrinin son təxribatı bu ölkənin terrorçu mahiyyətini bir daha sübut edir

S.Xankişiyeva

Paylaş:
1197

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər