ATƏT-in KİV üzrə yeni nümayəndəsi seçilib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in KİV üzrə yeni nümayəndəsi seçilib

16:33 - 18 / 07 / 2017
ATƏT-in KİV üzrə yeni nümayəndəsi seçilib

ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi fransalı diplomat Harlem Dezir olacaq. 

Bu barədə 1news.az-a Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

O, bu vəzifədə Dünya Miyatoviçi əvəz edəcək. Harlem Dezirin namizədliyi ATƏT-in hazırki sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurts tərəfindən təsdiq edilib.

İyulun 18-də Harlem Dezirin rəsmi təyinatı həyata keçiriləcək.  

O, bundan əvvəl Fransanın Avropa məsələləri üzrə dövlət naziri vəzifəsində işləyib. 

Pərvanə Sultanova

 

 

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər