Azərbaycan-Avstriya əlaqələrinin inkişafı üçün yaxşı hüquqi baza mövcuddur | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Avstriya əlaqələrinin inkişafı üçün yaxşı hüquqi baza mövcuddur

17:34 - 18 / 07 / 2017
Azərbaycan-Avstriya əlaqələrinin inkişafı üçün yaxşı hüquqi baza mövcuddur

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin ölkələrarası münasibətlərə müsbət təsir göstərdiyini vurğulayan Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Avstriya arasında mövcud əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini önə çəkdi.

Baş nazir iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən qeyri-neft sektorunda, turizm və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün zəruri hüquqi bazanın və hər cür şəraitin olduğunu diqqətə çatdırdı.

Azərbaycanda ailə institutunun qədim ənənələrinin olduğunu, müasir dövrdə də qadınların cəmiyyətdə statusunun yüksəldilməsi istiqamətində bir çox nailiyyətlərin əldə edildiyini deyən Baş nazir bildirdi ki, Azərbaycan hökuməti gender bərabərliyinin təmin olunması üçün bütün vacib tədbirləri həyata keçirir.

Baş nazir Artur Rasi-zadə söhbət əsnasında qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək xatırlatdı ki, işğal nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün olması, Xocalı soyqırımının törədilməsi, bu yaxınlarda təxribat nəticəsində iki yaşlı balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsi və digər bu kimi vandalizm aktları Ermənistan hakimiyyətinin əsl təcavüzkar simasının göstəricisidir. Baş nazir təəssüf hissi ilə vurğuladı ki, bütün bu aşkar faktlara baxmayaraq, bəzi dövlətlərin və beynəlxalq qurumların məsələyə hələ də ikili standartlarla yanaşması ucbatından münaqişənin həlli uzanır.

Xanım Sofi Karmasin ölkəsinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, Bakıya səfəri müddətində azərbaycanlı həmkarları ilə geniş fikir mübadiləsi apardığını, ailə, qadın, uşaq problemlərinə dair birgə layihələr üzərində işləmək və qarşılıqlı təcrübə mübadiləsini mütəmadi davam etdirmək niyyətində olduqlarını söylədi. Qonaq, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair Avstriya hökumətinin mövqeyini bir daha bəyan etdi.

Görüşdə əməkdaşlığın möhkəmləndirilməsinə dair bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

S.Xankişiyeva

Paylaş:
489

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər