Zakir Həsənov Pakistan nümayəndə heyəti ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Pakistan nümayəndə heyəti ilə görüşüb - FOTO

22:33 - 19 / 07 / 2017
Zakir Həsənov Pakistan nümayəndə heyəti ilə görüşüb - FOTO

Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri Omar Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında həyata keçirilən hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bu əməkdaşlıq dostluq münasibətləri üzərində qurulub və bundan sonra da daim inkişaf edəcək. Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməklə xalqımızın haqq işinə kömək etməyə hazır olmasını xüsusi qeyd edib.

Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən general-leytenant Omar Mahmud Hayat Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə və birmənalı olaraq dəstəklədiyini vurğulayan qonaq Kəşmir məsələsində ölkəsinə göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdar olduğunu bildirib.

Tərəflər həmçinin regional təhlükəsizlik, terrorizmlə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

1news.az

Paylaş:
652

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər