Ailəsi müxalifətçi ekstremist Vidadi İsgəndərlidən imtina edib | 1news.az | Xəbərlər
Siyasət

Ailəsi müxalifətçi ekstremist Vidadi İsgəndərlidən imtina edib

12:55 - 19 / 07 / 2017
Ailəsi müxalifətçi ekstremist Vidadi İsgəndərlidən imtina edib

Bir müddət əvvəl müxalifət cəbhəsinin başlıca ekstremistlərindən biri, sabiq prokuror Vidadi İsgəndərlinin ailəsi Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət edib. Hazırda V.İsgəndərli qeyri-qanuni olaraq Gürcüstandadır.

V.İsgəndərlinin anası – Həbibə İsgəndərova və qardaşı – İsfəndiyar İsgəndərov dövlət başçısına müraciətdə V.İsgəndərlinin fəaliyyətiylə əlaqədar öz narazılıqlarını bildiriblər.

“Mən və ailə üzvlərimin bu məktubla Sizin dəyərli vaxtınızı almağımızın səbəbi özünü “hüquq müdafiəçisi” adlandıran, nəslimizin üz qarası, kiçik qardaşım İsgəndərov Vidadi İsgəndər oğlu haqqındadır. Bu şəxs vaxtilə Prokurorluq orqanlarında çalışıb. İşində buraxdığı ciddi nöqsanlara görə Prokurorluq orqanlarından uzaqlaşdırılan Vidadi İsgəndərov özünə Qeyri-Hökumət Təşkilatı yaradaraq, həmin təşkilatın adından ayrı-ayrı dövlət orqanları və vəzifəli şəxslər haqqında sosial şəbəkələrdə böhtan və şantaj xarakterli məlumatlar yayaraq, özünə reytinq qazanmaq istəyib”,- deyə 70 yaşlı İsfəndiyar İsgəndərovun məktubunda bildirilir.

O, daha sonra qeyd edir ki, anası Həbibə İsgəndərova başda olmaqla, ailə üzvləri Vidadi İsgəndərovu dəfələrlə düzgün yola çağırsalar da, faydası olmayıb:

“94 yaşlı anam, bacılarım və qardaşım dəfələrlə ona xəbərdarlıq etməyimizə baxmayaraq onu yolundan döndərə bilməmişik. Kiçik qardaşım 2013-cü ildə vəfat etdikdən sonra Vidadi Göyçay rayonuna gedərək xuliqanlıq törədib. Və bu əməllərinə görə 15 sutkalıq həbs cəzası alıb. Buna görə də mən və ailə üzvlərim, eləcə də bizə yaxın olan qohumlar onunla əlaqələri kəsib. Qeyri-rəsmi də olsa biz onu ailə üzvü kimi qəbul etmirik”.

Həmçinin Vidadi İsgəndərlinin anası – Həbibə İsgəndərova da dövlət başçısına ünvanladığı məktubda oğlunun 2010-cu ildə Parlament seçkilərini pozmağa cəhd edərkən haqqında cinayət işi qaldırıldığını, amma prezidentin humanistlik göstərərək, onu əfv etdiyini xatırladır:

“Siz humanistliyinizi göstərərək bir dəfə onu əfv etmisiniz. Belə ki, Vidadi 2010-cu ildə ölkədə keçirilmiş Parlament seçkilərini pozmaq istəyən zaman haqqında cinayət işi açılmış və 2011-ci ilin aprel ayında həbs edilərək 3 il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. Lakin siz böyük humanistlik və bu şəxsin islah olunacağına inanaraq onu cəzasının yarısını çəkdikdən sonra onu əfv etmisiniz. O isə bu vəziyyətdən istifadə edərək öz çirkin əməllərini davam etdirib”.

“Ölkəmizdə çoxlu sayda partiyalar, QHT-lər və mətbu orqanların azad və demokratik şəraitdə fəaliyyət göstərmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Bu şaraitdən istifadə edə bilməyən həmin aciz insan (insan demək olarsa) öz şəxsi maraqlarını güdərək, xaricdən boş-boş bəyanatlar verməklə, özünü qəhrəman kimi göstərmək istəyir...

Cənab Prezident! Sizin böyüklüyünüzə, humanistliyinizə və alicənablığınıza güvənərək, nəslimizin bu qara ləkədən təmizlənməsi üçün kömək göstərməyinizi xahiş edirik. Bu işdə dövlət və dövlətçilik naminə Sizə hər cür yardımçı olmağa hazırıq”,- deyə İsfəndiyar İsgəndərovun məktubunun sonunda vurğulanır.

Vidadi İsgəndərlinin 94 yaşlı anası Həbibə İsgəndərova məktubunda bildirir ki, "...son zamanlar yalan, böhtan, şantaj onun həyat tərzi idi. Həyatda bu insanın bir nəfər də olsa, dostu yoxdur. Hamı, ailə üzvlərimiz də ondan bu hərəkətlərinə görə üz döndərib. Biz bu qara ləkəni üzərimizdə daşımaq istəmirik”.

1news.az

Paylaş:
1787

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər